Azərbaycan klubu heyətini bolqarıstanlı voleybolçu ilə gücləndirib
Bakı, 6 sentyabr, AZƏRTAC
“Gəncə” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Qərb təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “sarı-göylər” bolqarıstanlı Nikol Duleva ilə 1 illik müqavilə imzalayıb.
Oyunçu 2023/2024-cü illər mövsümünü İsveçrənin VFM komandasında keçirib. O, Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, ölkəsinin isə “Kazanlak” və “Rakovski” klublarının da şərəfini qoruyub.
“Gəncə” bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]