AZƏRBAYCAN KOMANDASI İRANDA TAEKVONDO ÜZRƏ TURNİRDƏ İKİNCİ YERİ TUTMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan taekvondoçuları İranın Urmiya şəhərində başa çatmış turnirdə uğurla çıxış etmişlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən bildirmişlər ki, komandamızın heyətində Vasif Qurbanov (58 kq), Elvin Məmmədov (72 kq) və Vüqar Məcidov (84 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Məhəmməd Gülmalıyev (62 kq), Aydın Bəhməlov (84 kq) gümüş, Murad Kazımov (54 kq) və Bürcəli Abbasov (78 kq) isə bürünc medallara layiq görülmüşlər.
Bu nəticə ilə Azərbaycan yığması 9 komanda arasında ikinci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]