Azərbaycan MDB Müdafiə Nazirləri Şurasının iclasında təmsil olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskvada keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri “Naməlum əsgər” abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq Mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.
Sonra müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.