Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Tbilisidə səfərdədir
Tbilisi, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Nazir Anar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmi şəxslər büstün önünə əklil və gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Sonra nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev Memorialını ziyarət edib.
Ümummilli Liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyublar.
Elə həmin gün nazir Anar Kərimov Gürcüstanın Qəhrəmanlar Meydanında olub.
Gürcüstan qəhrəmanlarının xatirəsi ehtiramla anılıb, abidə önünə əkili qoyulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]