Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşlarına narkomanlığa qarşı mübarizə üzrə təlimlər keçiriləcək
Bakı, 2 iyul, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-1-ci yarımbəndinin icrası ilə əlaqədar görülməsi zəruri olan işlər Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birgə müzakirə edilib. Lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında Tədbirlər Planı imzalanıb.
Komissiyanın İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Tədbirlər Planı çərçivəsində 2021-ci il ərzində AMADA-nın əməkdaşlarına narkomanlığa qarşı mübarizə üzrə təlimlərin keçirilməsi, yeniyetmə və gənc idmançılar arasında məlumatlandırma işinin aparılması, mövcud şəraitə uyğun olaraq sosial maarifləndirmə işlərinin təşkili, müxtəlif maarifləndirici materialların hazırlanması və digər profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]