Azərbaycan Milli Elmlər Akademiyasında dezinfeksiya işləri aparılacaq
Bakı, 13 mart, AZƏRTAC
Çin Xalq Respublikasında yaranmış və dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqda olan koronavirusun Azərbaycanda yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə ölkəmizin aidiyyəti dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 14-də saat 10:00-da AMEA-nın əsas binasında dezinfeksiya işləri aparılacaq.
Qeyd edək ki, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]