Azərbaycan Milli Karate Federasiyasında struktur dəyişikliyi edilib
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.
AZƏRTAC federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların baş məşqçisi, Əməkdar Məşqçi və Əməkdar idman xadimi Rəhman Hətəmov birinci vitse-prezident təyin olunub.
Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarət olacaq. Heyətə AMKF-nin prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]