Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Atletlər kəndində idmançılarımızla görüşüb
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Tokioda Atletlər kəndində idmançılarla görüşüb.
AZƏRTAC komitəyə istinadla xəbər verir ki, görüşdə komitə prezidenti İ.Rəhimov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb.
Komitə rəhbərliyi idmançılarımıza qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Atletlər kəndində idmançılarla görüşüb.
Görüşdə baş katib Kamal Məmmədov da iştirak edib.
Qeyd edək ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.