Azərbaycan millisi bu gün Norveç yığmasını qəbul edəcək VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç futbol milli komandaları qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Liran Liani olacaq. Ona həmyerliləri Nissan Davidi və David Elias Biton kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eitan Şmuelevitz yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi Çarles Şaack (Lüksemburq), hakim-inspektoru isə Erol Ersoy (Türkiyə) olacaq.
Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununda səfərdə San Marino yığması ilə qarşılaşıb və komandamız görüşdən minimal hesablı üstünlüklə ayrılıb - 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]