Azərbaycan millisi Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Bayıl stadionunda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması macarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qarşılaşma Macarıstan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında fevralın 23-də keçirilən ilk yoldaşlıq oyununda da Macarıstan yığması qalib gəlmişdi - 3:0.