Azərbaycan millisinin əcnəbi basketbolçusu: Mənə verilən şansdan maksimum yararlanmaq istəyirəm
Bakı, 22 yanvar, AZƏRTAC
"Mənə verilən fürsətə görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisində çıxış edəcək amerikalı basketbolçu Zaq Leday deyib.
Hazırda Serbiyanın tanınmış klubu "Partizan"da çıxış edən oyunçu bu təklifin ona ötən ilin yayında gəldiyini bildirib: "Belə bir şans qazandığım üçün xoşbəxtəm. Bundan maksimum şəkildə istifadə edəcəyəm. Azərbaycan basketbolu haqqında məlumatım yoxdur. İndi milli komandada şans qazanmaq və özümü daha da inkişaf etdirmək istəyirəm".
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki şanslarını da dəyərləndirən 29 yaşlı basketbolçu əlavə edib: “Milli komanda ilə birlikdə bu seçmə mərhələdə iştirak etmək xoşdur. Əvvəldən proqnoz verməyi sevmirəm. Fərqli ölkədə basketbol oynamaq sevindirici haldır".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə İrlandiya, İsveçrə və Kosovo yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]