Azərbaycan millisinin FIFA-nın reytinq siyahısındakı mövqeyi dəyişməyib
Bakı, 12 yanvar, AZƏRTAC
FIFA milli komandaların 2017-ci ildə ilk reytinq siyahısını açıqlayıb. Azərbaycan millisinin mövqeyində heç bir dəyişiklik olmayıb.
AZƏRTAC xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hazırda 386 xalla 90-cı pillədədir. Millimiz ötən ay açıqlanan reytinq siyahısında da eyni mövqedə olub.
Azərbaycan millisinin 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla üçüncüdür. Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San-Marino 17 xalla 202-ci pillədədir. Aktivində 418 xal olan Norveç bir pillə irəliləyərək 84-cü yerdə qərarlaşıb.
Siyahının ilk 34 pilləsində dəyişiklik baş verməyib. Türkiyə millisi 851 xalla 24-cü pillədəki yerini qoruyub. Argentina 1634 xalla birinci, Braziliya isə 1544 xalla ikincidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]