Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yığmamızın heyətinə Şahin Zəkiyev (“İnter”), Murad Popov (“Qəbələ”), Məmməd Hüseynov (“Qarabağ”), Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov (hər ikisi “Qarabağ”), Ricat Qarayev (“İnter”), Yusif Həsənov (“Qarabağ”), Murad Qayalı (“İnter”), Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (“Qarabağ”), Murad Mahmudov (“Eintracht Frankfurt”, Almaniya), Fərid Nəbiyev (“Slaviya Praqa”, Çexiya), Rafael Məhərrəmli (“İnter”), Ekincier Barış (“Bochum”, Almaniya), Süleyman Əhmədov (“Qarabağ”), Ceyhun Muxtarlı (“İnter”), İbrahim Əliyev (“Qarabağ”) və Doğukan Oksuz (“Trabzonspor”, Türkiyə) dəvət olunublar.
Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 4-də İrlandiya, üç gün sonra Serbiya, oktyabrın 10-da isə Kipr yığmaları ilə qarşılaşacaq.
Oyunlar İrlandiyada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]