AZƏRBAYCAN-MOLDOVA YIĞMALARININ YOLDAŞLIQ GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan və Moldova yığma komandalarının yoldaşlıq görüşü keçirilmişdir.
Gürcüstanlı baş hakim Levon Panyaşvilinin idarə etdiyi oyun ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçdi. Hər iki komandanın qapısı qarşısında bir neçə real qol vəziyyəti yaransa da, görüşdə hesab açılmadı - 0:0.
Xatırladaq ki, iki ölkənin yığma komandaları arasında ötən ilin mart ayında Kişinyov şəhərində keçirilmiş ilk yoldaşlıq görüşündə Moldova futbolçuları 2:1 hesabı ilə qalib gəlmişdilər. Ümumiyyətlə, Azərbaycan və Moldova milli yığma komandaları indiyədək beş dəfə qarşılaşmışlar. Bu oyunlardan üçü Bakıda keçirilmişdir. Futbolçularımız iki yoldaşlıq görüşündən birində qalib gəlmiş, digər oyunu isə heç-heçə başa vurmuşlar. Yığmamız 2001-ci il martın 24-də Bakıda keçirilmiş dünya çempionatının seçmə oyununu da heç-heçə başa vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]