AZƏRBAYCAN MÜDAFİƏ NAZİRİNİN ABŞ SƏFƏRİ DAVAM EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Vaşinqtonda keçirdiyi görüşlər onun martın 21-də başlayan ABŞ-a bir həftəlik səfərini yekunlaşdırır. Müdafiə naziri Konqresdə, Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqondakı görüşlərində Azərbaycanda son vaxtlar aparılan siyasi və iqtisadi islayatlardan, regiondakı vəziyyətdən danışmış, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparmışdır.
S.Əbiyev ABŞ-ın mübafiə naziri Donald Ramsfeldlə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının genişləndirilməsi yollarını müzakirə etmişdir. Nazirlər NATO və onun müttəfiqləri ilə inteqrasiyanı təmin etmək üçün “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək, terrorla mübarizə və kütləvi qırğın silahı istehsalının qarşısının alınması sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək, ikitərəfli hərbi təhsil və təlim proqramlarını artırmaq və sair məsələlərə dair razılığa gəlmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]