Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan multikulturalizmi Latın Amerikasında uğurla tədris edilir

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir. Bu, mərkəzin ən uğurlu və geniş həcmli layihələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün gerçəkləşməsi məqsədilə, BBMM-in apardığı ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Hazırda dünyanın 21 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) Azərbaycan multikulturalizmi uğurla tədris olunur. Fənnin ən son tədris olunmağa başladığı xarici universitet Braziliya Universitetidir.

AZƏRTAC Azərbaycan multikulturalizmi fənnini Braziliyada tədris edən BBMM-in məsləhətçisi, Azərbaycan Dillər Universitetinin dosenti İrina Kunina ilə müsahibəni təqdim edir.

- İrina xanım, Azərbaycan multikulturalizmini Latın Amerikası ölkələrində tədris edən ilk müəllim oldunuz. Səfərdən hansı təəssüratlarla qayıtmısız?

- Səfərdən xoş təəssüratlarla qayıtdım. Çünki qısa vaxt ərzində bir çox səmərəli görüşlər keçirə bildik. Bütün tədbirlərimiz uğurla yekunlaşdı. Azərbaycan Multikulturalizmi Latın Amerikası ölkələrində böyük maraqla qarşılandı. Düzdü, Argentina və Uruqvayın erməni diasporu bizim tədbirlərimizə mane olmağa, bəzi hallarda hətta görüşləri pozmağa cəhd göstərdi. Buna baxmayaraq, düşünürəm ki, biz qarşımıza qoyduğumuz məqsədi gerçəkləşdirə bildik.

- Səfər çərçivəsində Azərbaycan multikulturalizmi hansı universitetlərdə tədris olundu?

- Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin “Azərbaycan multkulturalizmi”nin xarici ölkə universitetlərində tədrisi layihəsi cərçivəsində bu fənn dünyanın 20 ali təhsil ocağında tədris olunurdu. Braziliya Universiteti bu kursun tədris planına daxil edildiyi 21-ci universtitetdir. Cari il avqustun 2-də Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti və Braziliya Universitetləri arasında qarışılıqlı anlaşma memorandumları imzalandı. Oktyabrın 14-də isə “Multikulturalizmin Azərbaycan modeli və dünya modelləri” mövzusunda ilk mühazirə təşkil olundu. Azərbaycan multikulturalizmi mühazirə kursu 2 həftə davam etdi. Bu kurs Argentina və Uruqvay universtitetlərində də böyük maraq doğurdu. Argentinada Belqrano, Buenos-Ayres, El Salvador və La Plata universtitetlərində mühazirələr təqdim olundu.

- Dərsə olan maraq sizi qane etdimi?

- “Azərbaycan multikulturalizmi” böyük maraqla qarşılandı və Azərbaycan zəngin tarixi və mədəniyyəti olan bir ölkə kimi yadda qaldı. Mühazirələrdə çox sayda tələbələrin iştirakı bunu bir daha təsdiqləyir. Məsələn, Braziliya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində 30 nəfər tələbəylə yanaşı, Şri-Lanka, Peru və Kolumbiya səfirliklərinin nümayəndələri də mühazirələrə qatıldılar. Argentinanın Belqrano Universtitetində keçirilən mühazirədə isə həm yerli, həm də xarici tələbələr iştirak edirdilər. Uruqvay Katolik Universitetində iştirakçıların sayı 150 nəfərə çatmışdı. Onu da qeyd edim ki, dinləyiciləri mühazirələrə xüsusi elanlar vasitəsilə dəvət edirdilər. Bu elanlar radioda və universitet mətbuatında təqdim olunurdu. Bütün görüşlərdə Azərbaycan, onun mədəniyyəti, adət və ənənələrimiz haqqında çoxsaylı suallar verilirdi. Müzakirələr göstərdi ki, Latın Amerikası ölkələrində Azərbaycan multikulturalizminə və bütövlükdə, ölkəmizə maraq göstərənlər az deyil. Bir məqamı da vurğulayım ki, vaxt məhdudiyyətinə baxmayaraq, mühazirələr nəzərdə tutulduğundan daha çox davam edirdi. Bu da mövzuya olan marağın göstərcisidir.

- Dərslərlə paralel, bir sıra görüşlər də keçirmisiniz. Bir qədər də bu haqda məlumat verərdiniz.

- Bəli, bizim işimiz tədris layihəsi çərçivəsində universitetdə təqdim olunan mühazirələrlə yekunlaşmadı. Bundan başqa, Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Beynəlxalq Münasibətlər üzrə Argentina Şurasında “Azərbaycan və multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil edildi. Katolik Universitetində isə konfrans keçirildi. Bu tədbirlər Latın Amerikası ölkələrində multikulturalizmin Azərbaycan modelinin tanınmasına geniş imkan yaratdı.

- İrina xanım, Azərbaycanla Latın Amerikası ölkələrinin multikultural dəyərləri arasında hansı oxşar və fərqli cəhətlər var?

- Latın Amerikasının bir çox ölkələri kimi, Braziliya, Argentina və Uruqvay da polietnik ölkələrdir. Bu isə ilk növbədə tarixi hadisələrlə əlaqədardır. Müxtəlif dövrlərdə burada fərqli irqlərin, millətlərin, dinlərin icmaları meydana çıxıb. Braziliyanın müstəmləkəçiliyi 1530-cu ildən başlayıb. Həmin dövrdə Portuqaliyadan artıq ilk köçkünlər buraya gəliblər. Braziliya əhalisi indi Avropa mənşəli braziliyalılardan, afrobraziliyalılardan, Asiya braziliyalılardan, parda, sambo və Braziliya hindularından ibarətdir. Elə buna görə də ölkədə dini müxtəliflik mövcuddur.

Argentina əhalisinin tərkibi 2 əsas qrupa bölünür. Bunlar italyanlar, ispanlar və digər ölkələrdən olan miqrantların kiçik bir hissəsidir. Uruqvayda da əhalinin tərkibi demək olar ki, eynidir. Bu ölkələrin əhalisinin böyük hissəsi katolikdir, digər dinlərdən olanlar azlıq təşkil edir. Bu ölkələrdə multikulturalizm modeli çox “incə” modeldir.

Azərbaycanda isə avtoxton xalqlar - udilər, ingeloylar, qrızlar, xınalıqlar yaşayır. Onlardan əksəriyyəti isə tarixən Qafqaz Albaniyasında yaşayan tayfaların nəslindəndir. Ölkəmizdə həm də, alloxton xalqlar - ruslar, ukraynalılar, tatarlar və bir çox başqa xalqlar məskunlaşıblar. Onların öz vətənləri var, lakin tarixin müxtəlif mərhələlərində Azərbaycana gəliblər. Bundan başqa Azərbaycanda dinlərarası dialoqun uğurlu modeli də formalaşıb. Respublikamızın ərazisində yaşayan bütün xalqlar qanun qarşısında eyni hüquqa malikdirlər. Onların milli və mədəni dəyərlərinin qorunmasına dövlət tərəfindən dəstək göstərilir.

- Bu əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

- Növbəti illərdə bu ölkələrlə tədris layihəsinin davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. “Azərbaycan multikulturalizmi”nin tədrisi Braziliyada yenə davam etdiriləcək. Argentina və Uruqvay universitetlərində isə fənnin tədrisi ilə bağlı təkliflər nəzərdən keçirilir. Eyni zamanda, tədris prosesində iştirak edən tələbələrin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları kimi Azərbaycana dəvəti də planlaşdırılır. Gələcəkdə isə bu tələbələri “Azərbaycanın Gənc Dostları” klubunun üzvləri kimi görməyə çox şad olarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

Azərbaycanın yaratdığı yeni bağlantı sistemi Avrasiyanın iqtisadi xəritəsini dəyişir ŞƏRH

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir

AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Aqrar əməkdaşlıq Azərbaycan və Özbəkistan üçün geniş imkanlar açır – ŞƏRH

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir ŞƏRH

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək

Politoloq: Azərbaycanın ŞƏT çərçivəsində artan rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir

KOBİA sentyabrda sahibkarlar üçün keçiriləcək görüşlərin istiqamətlərini açıqlayıb

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır