Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan müstəqilliyinin başlandığı məkan – Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan müstəqilliyinin başlandığı məkan – Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda elmi konfrans keçirilib

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika elmi konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransı muzeyin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanın XX əsrdə iki dəfə istiqlala nail olduğunu, özünün suveren dövlətini yaratmaq imkanını qazandığını bildirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan müstəqillik bayrağını ucaldıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1991-ci ildə ölkəmiz istiqlalına yenidən qovuşub və 34 il əvvəlin oktyabrından başlayan müstəqillik yolumuz davam edir.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu söyləyən akademik Rafael Hüseynov Azərbaycanın üçrəngli Bayrağının başımız üzərində ucalmasından, istiqlal içərisində olmağımız yolunda xalqımızın apardığı mübarizələrdən bəhs edib.

"Azərbaycanın böyük şansıdır ki, Ümummilli Lider Heydər Əliyev kimi qüdrətli tarixi şəxsiyyəti var. Tarix XX əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ulu Öndər siyasi uzaqgörənliyi ilə Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi çətin, mürəkkəb və çıxılmaz mərhələlərdən çıxara bildi, Azərbaycanı inamla irəliyə apardı, müstəqilliyi qoruyaraq inkişaf etdirdi", - deyə akademik Rafael Hüseynov əlavə edib.

Müstəqil dövlət olmağın ən ümdə şərtlərindən birinin müstəqil siyasət apara bilmək olduğunu vurğulayan akademik Rafael Hüseynov bu gün Ulu Öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyini söyləyib. Bildirib ki, uzun illər işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Diqqətə çatdırılıb ki, qədim və çoxəsrlik tarixə, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı çoxlu bayram və əlamətdar günlərə malikdir. Zəfər bayramı isə müasir Azərbaycan tarixinin ən şərəfli, şanlı tarixlərindən biridir.

O, 2020-ci il noyabrın 8-nin Azərbaycan tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri kimi yazıldığını deyərək qeyd edib ki, tarixi Qələbəmiz xalqımıza vüqar hissini, qürur hissini qaytarıb, xalqımızın adını bütün dünyada yüksəklərə ucaldıb. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyi daha da möhkəmlənib, eyni zamanda, dövlətimizin başçısı beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur.

Akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Ədəbiyyat Muzeyinə hər zaman böyük rəğbət bəslədiyini və ona xüsusi diqqətlə yanaşdığını bildirib. O, Prezident İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir edilərək yenidən qurulduğunu vurğulayıb.

Müstəqilliyimizə həsr olunan tədbirin Ədəbiyyat Muzeyində keçirilməsinin rəmzi məna daşıdığını söyləyən alim Azərbaycan müstəqil dövlətinin başlanğıc nöqtəsinin məhz bu məkan olduğunu bildirib. Qeyd edib ki, 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli Hökumət Gəncədən Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları Ədəbiyyat Muzeyində keçirilib, həmçinin ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz o zamanlar “Metropol” mehmanxanası kimi fəaliyyət göstərən bu tarixi binada qəbul olunub.

Direktor muzeydə klassiklərimizin miniatürlü əlyazma divanları, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzar daşı kimi çoxsaylı qiymətli eksponatların qorunduğunu bildirib.

Respublika konfransının fəxri qonağı qismində dəvət olunmuş hüquq elmləri doktoru Simran Həsənov çıxış edərək tarixi dövrü təhlil edib.

Daha sonra muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu İstiqlaliyyət dövründə “Fövqəladə Təhqiqat Komissiyası və onun fəaliyyətində Məhəmməd xan Təkinskinin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, digər struktur orqanlardan fərqli olaraq Fövqəladə Təhqiqat Komissiyası qanunauyğun səbəblərdən çox, tarixi zərurətdən doğmuşdu. Belə ki, 1918-ci ildə erməni qaniçənlərinin Azərbaycanın dörd bir bucağında törətdikləri saysız insan qırğını və qarətlərinin miqyası qarşısı alına bilməyəcək həddə gəlib çatırdı. Həmin ərəfədə Milli Hökumətin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası və onun üzvləri şahid müsahibələri və fotoşəkillər vasitəsilə erməni qəddarlığının törətdiyi soyqırımı dünya arenasına çıxarmağa çalışırdılar.

Respublika elmi konfransı bölmə iclasları ilə işini davam etdirib.

Tədbir “Azərbaycan istiqlal mübarizəsi tarixi və ədəbiyyatımız”, “Nizami Muzeyində Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabinetinin fəaliyyəti və şəxsiyyətləri”, “Nizami muzeyinin binasında Azərbaycan Cümhuriyyətinin Xüsusi Təhqiqat Komissiyasının fəaliyyəti” və digər Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran mövzulara həsr olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub