İDMAN
Azərbaycan nümayəndə heyəti Astanada V Dünya Köçəri Oyunlarını izləyib
Astana, 10 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nazir Fərid Qayıbov V Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib, bəzi yarış məkanlarına baş çəkib.
Nazir həmçinin V Dünya Köçəri Oyunları çərçivəsində fəaliyyətə başlayan etnoaulla tanış olub, aydarıspaq (at üstündə güləş), jambı atu (atüstü oxatma) və dəstürlü sadak atu (ənənəvi oxatma) yarışlarını, həmçinin Azərbaycan idmançılarının qazaq güləşi yarışlarında mübarizəsini izləyib.
Fərid Qayıbov həmçinin səfər çərçivəsində Dünya Etnosport Federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov ilə görüşlər keçirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana