AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AVROPA OLİMPİYA KOMİTƏSİNİN 36-CI BAŞ ASSAMBLEYASINDA İŞTİRAK EDƏCƏKDİR
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 30-da İspaniyanın Valensiya şəhərində Avropa Olimpiya Komitəsinin 36-cı Baş Assambleyası öz işinə başlayacaqdır.
Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edəcəklər.
Tədbirdə Pekin-2008, Vankuver-2010, London-2012, Soçi-2014 Olimpiya Oyunlarına hazırlıqla bağlı məruzələr dinləniləcəkdir.
Bakının 2016-cı il Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürməsini nəzərə alsaq, assambleya Azərbaycan nümayəndə heyəti üçün digər ölkələrin təcrübəsindən yararlanmaq baxımından əhəmiyyətli olacaqdır.
Tədbirin sonuncu günü Avropa Gənclər Olimpiya Komitəsinə həsr olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]