Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir

Bakı, 25 aprel, AZƏRTAC

Dünya diplomatiyası tarixində belə hallar az olmayıb: səfirlər istefaya çıxandan sonra dünya ictimaiyyəti yenidən onların təcrübəsinə və biliklərinə ehtiyac duyur. Böyüklük iddiası V.N.Kazimirovu da rahat buraxmır. Bu günlərdə o, yenidən özünü yada salmağı qərara alıb və hiyləgər uydurmaları ilə həqiqətən təəccüb doğuran növbəti məhsulunu ortaya qoyub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri, rusiyalı həmvətənlərin beynəlxalq şurasının idarə heyətinin üzvü Mixail Zabelin Rusiyanın REGNUM informasiya agentliyinin saytında dərc edilmiş məqaləsində bu barədə yazır.

AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

X X X

Qarabağ məsələsinin nizamlanmasında səfir Kazimirovun mövqeyi əvvəllər də öz obyektivliyi və ya tarixi həqiqətə sadiqliyi ilə fərqlənmirdi. Bu il aprelin 22-də REGNUM internet nəşrində dərc edilmiş “Qarabağ danışıqlarda iştirak etməlidirmi?” sərlövhəli məqaləsi onun bu mövzuda dəfələrlə təkrarlanmış digər fikirlərinin parafrazından başqa bir şey deyil. Buna görə də həmin məqaləyə diqqət yetirməmək olardı, lakin indiki məqamda bu münaqişənin nizamlanmasına dair Azərbaycan ilə Ermənistanın danışıqlarına yeni təkan verildiyi bir vaxtda məsəlinin aktuallığı ona ətraflı cavab verilməsini tələb edir.

Kazimirovun məqaləsinin “ruhu” elə ilk cümlələrdən aydın olur. O, Azərbaycanı ATƏT-in baza prinsiplərini, o cümlədən millətlərin təyini-müqəddərat hüququ, güc tətbiq edilməməsi və münaqişələrin dinc yolla həll edilməsi prinsiplərini “unutmaqda” ittiham edir. V.N.Kazimirov elə ilk cümlələrdən “fərqli yanaşma” deyilən fənd işlətməyə başlayır, naşı oxucunu aldatmağa ümid edərək hamılıqla qəbul edilmiş normaları kontekstdən çıxarır. Bunu nümayiş etdirmək üçün ATƏM-in Helsinki Yekun Aktının müvafiq müddəalarını tam şəkildə sitat gətirmək kifayətdir: “Güc tətbiq edilməməsi və ya güc tətbiq etməklə hədələməmək: iştirakçı dövlətlər onların qarşılıqlı münasibətlərində, həmçinin ümumiyyətlə özlərinin beynəlxalq münasibətlərində istər hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı, istərsə də Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə və bu bəyannaməyə zidd olan hər hansı başqa şəkildə güc tətbiq etməkdən və ya güc tətbiq edilməsi ilə hədələməkdən çəkinəcəklər... Hüquq bərabərliyi və xalqların öz taleyini müəyyən etmək hüququ: iştirakçı dövlətlər hüquq bərabərliyinə və xalqların öz taleyini müəyyən etmək hüququna hörmət edəcək, daim BMT Nizamnaməsinin məqsədlərinə və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara uyğun surətdə hərəkət edəcəklər”. Tamamilə aşkardır ki, karyeralı diplomat Kazimirov bu müddəalara çox yaxşı bələddir və anlayışları qəsdən saxtalaşdırmaqla məşğul olur.

Kazimirov “Azərbaycan Respublikasının işğal olunmuş rayonlarını azad etmək barədə Bakının tələblərindən danışanda da hiyləgərlik edir. Əslində Azərbaycanın tamamilə qanuni tələblərindən deyil, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının məlum qətnamələrində təsbit olunmuş bütün dünya birliyinin tələblərindən söhbət gedir.

V.Kazimirov artıq neçə onillikdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının Ermənistan ilə Azərbaycan arasında münaqişənin tərəflərindən biri kimi tanınmasına cəhd göstərir. Hər kəs öz mövqeyini müdafiə etməyə haqlıdır, bu şərtlə ki, həmin mövqe əsaslandırılmış olsun və beynəlxalq hüququn ruhuna uyğun gəlsin. Danışıqlar prosesinin müəyyən edilmiş formatını qoruyub saxlamağın zəruri olması buna əsaslanır ki, həmin format beynəlxalq aləmdə tanınmış mexanizm və ATƏT-in yekdilliklə qəbul edilmiş qərarıdır.

ATƏM-in Xarici İşlər Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli Helsinki görüşünün yekun aktı danışıqların cari formatının əsasını qoyub. Həmin sənəddə deyilir: “Bundan əlavə, nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Çexiya və Slovakiya Federativ Respublikası və İsveç olacaq. Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri konfransa onun sədri tərəfindən konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra maraqlı tərəflər kimi dəvət ediləcəklər”. Konfransa maraqlı tərəflər kimi məhz Dağlıq Qarabağın nümayəndələri, yəni Dağlıq Qarabağın BÜTÜN sakinlərinin - həm Azərbaycan, həm erməni icmasının nümayəndələri dəvət ediləcəklər.

Kazimirov buna istinad edir ki, Bakı haçansa Dağlıq Qarabağı qarşı tərəf adlandırıb. Bu, adi uydurmadan başqa bir şey deyil.

Kazimirov daha sonra soruşur: “Bu münaqişə nəyə görə yaranıb?”. Sonra öz sualına elə özü cavab verir: “Dağlıq Qarabağın statusu ucbatından”. Aydın məsələdir ki, bu bəyanatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Münaqişə Ermənistanın əraziləri ələ keçirmək məqsədilə Azərbaycana qarşı təhrikçi təcavüzünün nəticəsidir. Bu, ilk növbədə onunla təsdiqlənir ki, Azərbaycan ərazisinin 1/5 hissəsi erməni işğalı altındadır.

Təəssüf ki, Qarabağdan olan on minlərlə, öz evlərini və hüquqlarını itirmiş azərbaycanlı qaçqının taleyi Kazimirovun vicdanını əsla narahat etmir. O, Beykerin 2+2 formulunu “köhnəlmiş formul” adlandırır. Daha sonra iddia edir ki, ATƏM-in Rəhbər Şurasının fəaliyyətdə olan sədrinin 1995-ci il martın 31-də Praqada səslənmiş bəyanatında təsdiq edilir ki, tərəflərin statusu barədə, yəni münaqişəyə cəlb olunmuş iki dövlətin, habelə Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəfin bütün danışıqlar prosesində, o cümlədən Minsk konfransında iştirakı barədə ATƏT-in əvvəl qəbul edilmiş qərarları təsdiqlənir. İndiki halda faktların saxtalaşdırılması göz qabağındadır. Sözü gedən bəyanatın ingilis dilində orijinalında “üçüncü tərəf” sözləri yoxdur, orada “digər tərəflər” sözləri var. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il 24 mart tarixli Helsinki görüşündə də qərara alınıb ki, Dağlıq Qarabağın hər iki icması maraqlı tərəflər kimi tanınmalıdır.

Cənab Kazimirov heyrətlənmiş halda soruşur: “Gəlin xatırlayaq, hərbi əməliyyatları kim başlayıb - Azərbaycan Respublikası”. Burada diplomatın yaddaşının xarab olması göz qabağındadır. O, erməni millətçilərinin 1980-ci illərin axırlarında silahları ələ keçirmək və sonra həmin silahlardan DQMV-də istifadə etmək məqsədilə Ermənistanda və Azərbaycanda yerləşdirilmiş SSRİ hərbi hissələrinə qarşı nəzəri mülahizələri unudub. Cənab Kazimirova məsləhət görmək olardı ki, vaxtı olanda həmin illərdə SSRİ daxili qoşunlar general-mayoru V.Safonovun başçılıq etdiyi DQMV hərbi komendaturasının məlumatları ilə, habelə 1991-ci ilin aprel ayında SSRİ daxili qoşunları tərəfindən keçirilmiş “Halqa” əməliyyatının səbəbləri ilə tanış olsun.

1991-ci ilin axırlarında DQMV-nin demək olar ki, bütün inzibati rayonları, 1992-ci ilin mayında işğal edilmiş Şuşa şəhərindən başqa, erməni tərəfin hərbi nəzarəti altında idi. Ermənilər vilayətin bütün azərbaycanlı əhalisini öz daimi yaşayış yerlərindən qovmuşdular. 1992-ci ilin mayında Azərbaycanın Dağlıq Qarabağa bitişik yeddi inzibati rayonunun əraziləri planlı şəkildə işğal edilməyə başlandı. Bununla əlaqədar bir iddia tamamilə yersiz görünür ki, o, (Azərbaycan Respublikası) hətta öz rayonlarını itirəndə də uzun müddət öz gücünə güvənirdi (əgər o, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etsəydi, ermənilər bu qədər torpaq tuta bilməzdilər...)”. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması barədə 822, 853, 874 və 884 nömrəli qətnamələri 1993-cü il aprel ayından noyabr ayınadək qəbul edilib. Məhz həmin dövrdə Ermənistan Azərbaycanın altı inzibati rayonunu bir-birinin ardınca işğal edib. Bu rayonların ümumi ərazisi Ermənistanın özünün ərazisi ilə müqayisə edilə bilər. Sual edilir: Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı güc tətbiq olunmasını və onun ərazilərinin işğalını pisləyən, Azərbaycanın işğal edilmiş bütün ərazilərinin dərhal və qeyd şərtsiz azad olunmasını tələb edən qətnamələrinə Ermənistan hörmət etməməlidirmi? BMT Təhlükəsizlik Şurasının yuxarıda göstərilən iddia müddəti olmayan qətnamələri, habelə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edir.

Atəşkəs barədə saziş məsələsinə gəldikdə isə, görünür burada da cənab Kazimirovun yaddaşı korlanıb. Həmin saziş, ilk növbədə ermənilər tərəfindən imzalanıb, sonra isə sənəddə Azərbaycan Parlamentinin sədrinin, habelə Dağlıq Qarabağın Azərbaycanlılar İcmasının rəhbərinin imzası ilə 1994-cü il mayın 12-də qüvvəyə minib.

Cənab Kazimirovun hiylələrinin apogeyi “faksimile diplomatiyası”nın həyata keçirilməsi olub. Bu prosesdə o, sazişin mətnini faks ilə Bakıya göndərib və oradan imza alınandan sonra onu imzalanmaq üçün Ermənistan tərəfinə göndərib. Beləliklə, bir kağız üzərində üç imza olanda o, həmin kağızı üçtərəfli sazişin mətni kimi təqdim edib. 1994-cü il iyul tarixli saziş də belə kağızlardan biridir. Azərbaycan tərəfi beynəlxalq hüquq sənədlərinə və sazişlərə, o cümlədən ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixli qərarına əsaslanaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun separatçı rejiminin nümayəndələrinin iştirakı ilə heç bir “üçtərəfli saziş” imzalamayıb.

Rəsmi Bakının mövqeyi tamamilə aydındır - Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış əraziləri Ermənistan Respublikası tərəfindən işğal edildiyinə görə, işğal olunmuş ərazilərin azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi haqqında saziş də Ermənistan ilə imzalanmalıdır. Münaqişənin dinc yolla həlli prosesinə Dağlıq Qarabağ nümayəndələrinin cəlb edilməsi məsələsinə gəldikdə isə, Azərbaycan regionun hər iki - həm azərbaycanlı, həm də erməni icmasının iştirakını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu regionun gələcək quruluşu ilə bağlı məsələlərə baxılması mərhələsində təmin etməyə hazırdır.

40 ildən artıq diplomatik xidmətdə çalışmış səfir Kazimirovun aşağıdakı sualı təəccüb doğurur: “Münaqişə tərəflərinin statusunu və danışıqların formatını kim müəyyən edir?” Yəni doğrudanmı o hələ bilmir ki, dövlətlərarası (beynəlxalq) münaqişələrdə münaqişə tərəflərinin statusu və danışıqların formatı beynəlxalq-hüquqi çərçivələrlə, o cümlədən beynəlxalq təşkilatların qərarları ilə müəyyən edilir, ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixli qərarı da onlara aiddir.

Səfir Kazimirovun erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə yersiz sarkazmı daha çox ehtiyatlı olmağa əsas verir: “Erməni qoşunlarının Azərbaycan Respublikası rayonlarından çıxarılmasını necə razılaşdırmalı? BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında? Axı, Dağlıq Qarabağ BMT-nin üzvü deyil”.

ATƏT Minsk qrupunun keçmiş həmsədri V.Kazimirov ATƏT Minsk qrupu tərəfindən hazırlanmış “BMT Təhlükəsizlik Şurasının 822 və 853 nömrəli qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yenilənmiş qrafiki” barədə hamıdan yaxşı bilməlidir. BMT Təhlükəsizlik Şurasının 874 və 884 nömrəli qətnamələrində həmin sənədə istinad edilir və bu sənədə əsasən erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması nəzərdə tutulur.

Xoşbəxtlikdən ATƏT Minsk qrupunun indiki həmsədrlərinin ölçülüb-biçilmiş yanaşması münaqişənin həllində nəzərəçarpan hər hansı irəliləyişləri pozmaq cəhdləri ilə tam təzad təşkil edir. İnanmaq istərdik ki, açıq-aşkar təhriklər xalqlar arasında sülhün gələcəyi əllərində olan məsul siyasətçilərə və diplomatlara sarsıdıcı təsir göstərməyəcək. Azərbaycan isə öz qəti və ardıcıl mövqeyini saxlayır - danışıqlar indiki formatda davam etdirilməlidir.

Daha ətraflı məlumat üçün: https://regnum.ru/news/polit/2618888.html 

Bu materiallardan yalnız REGNUM informasiya agentliyinə istinad etməklə istifadə olunmasına icazə verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək