Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan öz yolundan dönməyəcək!

Azərbaycan öz yolundan dönməyəcək!

Bakı, 22 sentyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Artilleriya yaylım atəşləri susub. Onlarca yeni mövqedə bayraqlarımız dalğalanır. Gözəl Göyçə gölünə və Naxçıvan dağlarının möhtəşəm zirvələrinə baxanda təsvirəgəlməz mənzərə açılır. Başı bəlalar görmüş xalqımızın övladlarının - əkinçi və ya çoban, turist və ya tədqiqatçı təbiətşünas, hərbçi və ya mülki şəxslərin - qarşı tərəfdəki yüksəklikdə barmağını optik silah tətiyində tutmuş mənfur düşmən tərəfindən izlənməsindən ehtiyat etməyərək yenidən rahat və təhlükəsiz şəraitdə yaşayıb yaratması, Vətən torpağının hər qarışını əkib becərə bilməsi üçün canlarından keçmiş şəhidlər son mənzilə yola salınıb.

Şərti sərhəddəki düşmən qovulub. Sərhədin dəqiq haradan keçməsi isə delimitasiyanın nəticələrinə əsasən məlum olacaq. Hərçənd, düşmən bu addımı atmağı heç istəmir, ona görə ki, hələ də revanşa ümid bəsləyir.

Sentyabr ayında ermənilərin şərti sərhəddə törətdiyi təxribatın nəticələri bu xam xəyalların necə başa çatmasını açıq-aydın göstərdi. Yerevandakı Yerablur memorial panteonunda yüzlərlə yeni məzar, onlarca sısqa əsir, 50-yə yaxın postun, hərbi obyektin, ümumi dəyəri on milyonlarla, bəlkə də yüz milyonlarla dollara bərabər olan bahalı texnikanın itirilməsi. Ən təəccüblüsü odur ki, belə vəziyyət ilk dəfə yaranmayıb.

Gözlənildiyi kimi, muzdlu erməni lobbiçilər öz yuvalarından çıxıblar. Bəyanatlar, qətnamələr, tvitlər səpələndi. Acizlikləri üzündən vəhşiləşmiş, real müharibədən qaçıb xaricdəki rahat yerlərində gizlənmiş “şirlər” əllərinə gələn əşyaları müxtəlif ölkələrin paytaxtlarında Azərbaycan səfirliklərinin fasadlarına atır, təhqirlər yağdırırlar. Onlar hamısı Amerika və Avropa ölkələrində polisin himayəsi altında “kişiləşir”. Lakin onlar atəş xəttinə düşsələr bir anda rəşadətli döyüşçü keyfiyyətləri harasa yox olur. Azərbaycan Ordusu erməni provokasiyalarını yatırmağa başladığı ilk dəqiqələrdən belə olub. Onlar əllərini yuxarı qaldırır, ayaqları isə bədənlərini əsir düşməyə doğru aparır. Amma əvəzində Avropa paytaxtlarında və okeanın o tayında onlar hamısı “igidlərə” çevrilir.

Erməni revanşistlər müxtəlif məşhur (eləcə də heç kəsin tanımadığı) şəxslərdən bəyanatlar qoparmağa çalışır, bu bəyanatlarda Azərbaycanı “təcavüzkar” və “işğalçı” kimi qələmə verərək deyirlər ki, Qarabağ artıq “mübahisəli” deyil, “mübahisəsiz” Ermənistan ərazisidir.

İcazənizlə bildirim ki, Qarabağ heç vaxt, hətta Bakı tərəfindən nəzarətin de-fakto tamamilə itirildiyi illərdə də mübahisəli ərazi olmayıb! Qarabağ de-yure mübahisəsiz Azərbaycan ərazisi olub və yenə belədir. O dövrdə bu ərazi işğal edilmişdi, bu gün isə burada Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirilib. Onun orada qalma müddəti 2025-ci ildə başa çatacaq. Azərbaycan ərazisinin harada qurtarması və Ermənistan ərazisinin harada başlanması isə mübahisəli məsələdir və delimitasiya bu məsələni aydınlaşdırmağa kömək edəcək. Delimitasiyanın başlanmasını hər vasitə ilə uzadan Ermənistandır. Cənablar, “işğal” barədə danışmaq üçün əvvəlcə sərhədin haradan keçdiyini müəyyən etmək lazımdır. Onda məlum olacaq ki, kim haradadır və kim kimi “işğal” edir.

İkincisi, bu gün Ermənistanın işğalçı kimi qalması göz qabağındadır. O, şübhəsiz Azərbaycan ərazisi olan Azərbaycan anklavlarını hələ də nəzarət altında saxlayır. Bundan əlavə, erməni silahlı qüvvələrinin qalıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın dördüncü bəndini pozmaqla Azərbaycanın şübhəsiz ərazisi olan Qarabağ ərazisində hələ də qalmaqdadır. Azərbaycan Ordusunun sərəncamında bunu təsdiq edən təkzibolunmaz sübutlar var.

Üçüncüsü, Ermənistanda nəinki səngiməyən, hətta güclənməkdə olan revanşist əhval-ruhiyyə şəraitində Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə bütün preventiv tədbirləri həyata keçirməyə sadəcə borcludur. Dünyada dövlət sərhədlərinin ipə-sapa yatmayan qonşular tərəfindən təhlükə gözlənilən sahələrində dövlətlərin təhlükəsizlik zonaları yaratmasına aid başqa nümunələr az deyil. Hər halda 5-6 belə nümunə göstərmək olar. Bu gün Azərbaycanı tənqid edənlərdən kim həmin keyslərin ünvanına qınaq sözləri söyləyib? Əksinə, bu və ya digər dövlətin öz təhlükəsizliyini təmin etmək üçün legitim hüququnu bəyənən, anlayan və dəstəkləyən səslər çox tez-tez eşidilir. Belə olan təqdirdə bugünkü tənqidçilərdən xahiş edirik, əgər onların sponsorları Azərbaycanın eyni legitim hüququnu dəstəkləyən çıxışlar etməyə icazə vermirlərsə, barı bizim xalqla bağlı halda da sussunlar.

Düşmən sülh müqaviləsini imzalamağı uzadır, delimitasiyaya razılaşmır, qüvvə toplayır və “tezliklə qisas alacağı” barədə car çəkməkdən yorulmur.

Belə olan halda biz nə etməliyik, əlimizi yanımıza salıb gözləməliyikmi?! Əgər bizi tənqid edənlər özləri bizim yerimizdə olsaydılar, onlar necə hərəkət edərdilər?

Sərhədin tezliklə delimitasiya edilməsinin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasının, ərazi iddialarından imtina etməyin və kommunikasiyaların açılmasının zəruri olması barədə yorulmadan danışan Ermənistan deyil, Azərbaycandır. Muzdlu qışqırıqçılar isə “işğalçılıqda” nədənsə bizi ittiham edir, Ermənistanın Azərbaycan anklavlarını işğal etməsini və öz hərbçilərini Azərbaycanın Qarabağ bölgəsində saxlamasını sanki görmürlər. Məgər bu absurd deyilmi?!

Azərbaycan öz təhlükəsizliyini təmin etmək niyyətini və uzunmüddətli sülhə tərəfdar olduğunu qətiyyətlə bəyan edir. Bizi heç kəs bu yoldan döndərə bilməz!

Azərbaycan Prezidenti işğaldan azad edilmiş Laçında çıxışında bütün dünyaya artıq neçənci dəfə bəyan etdi ki, bizə təzyiq göstərməyin mənası yoxdur. Bizim öz nəcib məqsədimizə doğru irəliləməyimizə dünyada heç kəs mane ola bilməz, çünki haqq-ədalət bizim tərəfimizdədir. Daha sonra, Yerevanda illüziyalardan əl çəkməli və şübhə etməməlidirlər ki:

• Azərbaycanın təklif etdiyi şərtlər daxilində sülh müqaviləsi BAĞLANACAQ;

• Ermənistan Azərbaycana ərazi iddialarından açıq-aşkar imtina etməli OLACAQ, bu isə rəsmən “Qarabağ Azərbaycandır!” deməyə bərabərdir;

• Ermənistan Qarabağda məhv edilməmiş əsgərlərinin qalan hissəsini oradan çıxarmalı OLACAQ;

• Naxçıvan ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında maneəsiz dəmir yolu və avtomobil əlaqəsi yuxarıda adını çəkdiyimiz üçtərəfli Bəyanatın 9-cu bəndinə tam müvafiq şəkildə BƏRPA OLUNACAQ (bu marşrutu Ermənistanda istər “dəhliz”, istər “qeyri-dəhliz” adlandırmalarından asılı olmayaraq);

• Azərbaycan Prezidenti tərəfindən xatırladılan müxtəlif xəritələr əsasında sərhədin delimitasiyası OLACAQ!

Ermənistanın başqa variantı yoxdur. Bu ölkənin rəhbərliyində bu aksiomu nə qədər tez başa düşsələr, onun paytaxtında Yerablur panteonunun genişlənməsinə bir o qədər tezliklə son qoyular.

Ey qonşular, daşı ətəyinizdən tökmək vaxtıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb