Azərbaycan Premyer Liqası: “Keşlə” klubu “Sabah”ı məğlub edib
Bakı, 2 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Keşlə" klubu "Sabah"ı qəbul edib. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. Matçın 90+5-ci dəqiqəsində isə Felipe Santos fərqlənib.
Qalib komanda üç dəfə məcburi əvəzetməyə əl atıb. 28-ci dəqiqədə zədələnən Elçin Mustafayevi Rafael Məhərrəmli əvəzləyib. 42-ci dəqiqədə İlkin Qırtımov eyni səbəbdən yerini Kərim Diniyevə verib. 52-ci dəqiqədə isə hesabı açan Merab Giqauri sıradan çıxıb. Gürcüstanlı oyunçunun əvəzinə meydana Rəhman Hacıyev daxil olub.
İlk qələbəsini qazanan "Keşlə" 4 xalla 7-ci pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu - 8-ci yerdədir.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Səbail"in qonağı olacaq. İlk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]