Azərbaycan Premyer Liqası: “Sabah” komandası “Zirə”yə qalib gəlib
Bakı, 27 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan çempionatının 9-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçı “Əlincə Arena”da keçirilib. Meydan sahibi “Sabah” komandası “Zirə”ni qəbul edib. Görüş “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 45-ci dəqiqədə “Sabah”ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu dəqiq zərbə ilə tamamlayıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində zirəlilər hesaba tarazlıq gətirib. Belə ki, Pərdis Fərcad-Azadın ötürməsini Tellur Mütəllimov qola çevirib. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri oyunun 90-cı dəqiqəsində qələbə topunu vurmağa nail olub. Vitali Kvaşukun ötürməsindən sonra rəqib qapısına yol tapan Cavid İmamverdiyev oyunda son nöqtəni qoyaraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Sabah” xallarının sayını 16-ya çatdırıb. “Zirə”nin isə 4 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]