Azərbaycan Premyer Liqası: “Səbail” – “Zirə” matçı qolsuz yekunlaşıb
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” “ASCO Arena”da “Səbail”in qonağı olub. Qarşılaşmada qapılara qol vurulmayıb.
Bu nəticədən sonra xallarını 30-a çatdıran “Zirə” yenidən ikinci pilləyə yüksəlib. “Dənizçilər” isə 27 xalla 5-ci sırada qərarlaşıb
Günün digər matçında “Kəpəz” Qəbələdə “Turan Tovuz”u qəbul edəcək. Bu görüş saat 17:30-da start götürəcək.
Qeyd edək ki, turun açılış oyununda “Sabah” və “Neftçi” komandaları qolsuz sülhə razılaşıblar. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” - “Sumqayıt”, “Qarabağ” - “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]