RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALBANİYA NAZİRLƏR ŞURASININ SƏDRİ SALİ BERİŞA İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda, onun üçün ayrılmış iqamətgahda Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə söhbət getdi, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulandı. İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində əməkdaşlığın daha da sıxlaşdırılmasına böyük ehtiyac duyulduğu və bu məsələyə diqqət yetirilməsinin vacibliyi bildirildi. Görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.