AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZADLIQ RADİOSUNUN PREZİDENTİ CEFRİ GEDMİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Prezident sarayında Azadlıq radiosunun prezidenti Cefri Gedmini qəbul etmişdir.
Cefri Gedmin bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaqdan ibarətdir. Qonaq Azərbaycana səfərinin ilk saatlarından ölkəmizdə dinamizmin və inkişafın şahidi olduğunu vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə bütün sahələrdə çox sürətli inkişaf var və bu iqtisadi inkişaf prosesləri Azərbaycanın bütün bölgələrini əhatə edir. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Cefri Gedminin Azərbaycana səfəri ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaqdır.
######
