AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇEXİYANIN BAŞ NAZİRİ MİREK TOPOLANEK İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Çexiyanın Baş naziri Mirek Topolanek ilə görüşmüşdür.
Görüşdə Azərbaycanla Çexiya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. İqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. İkitərəfli əlaqələrimizin, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu. Ötən ay Budapeştdə keçirilən Nabukko sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Çexiya Baş nazirinin görüşünün, habelə Mirek Topolanekin ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əlaqələrin gələcək perspektivlərinin müzakirəsi və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
######
