AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “RAİ İNTERNATİONAL” TELEKANALINA MÜSAHİBƏ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Romada, onun üçün ayrılmış iqamətgahda İtaliyanın “Rai İnternational” telekanalına müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-İtaliya münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın sürətli iqtisadi inkişafı, enerji sahəsində əldə etdiyi uğurlar, regional əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı və ölkəmizin bu sahədə potensialı, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı və digər məsələlərlə bağlı suallara cavab verdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri davam edir.
######
