AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRİ
SƏFƏR BAŞA ÇATDI
Dövlətimizin başçısını hava limanında Avropa Komissiyasının protokol xidmətinin rəhbəri Jak de Baynts, Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Antonius de Vriz, ölkəmizin Belçika Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev, Avropa Birliyi yanındakı daimi nümayəndəliyinin başçısı səfir Arif Məmmədov səmimiyyətlə yola saldılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gecə Bakıya gəldi.
Respublikamızın rəhbərini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.