Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FÜZULİ, BEYLƏQAN VƏ BİLƏSUVAR RAYONLARINA SƏFƏRİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FÜZULİ, BEYLƏQAN VƏ BİLƏSUVAR RAYONLARINA SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında səfərdə olmuşdur.

Əvvəlcə Füzuli rayonuna gələn dövlətimizin başçısı Horadiz şəhərində Heydər Əliyev muzeyində oldu. Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoşəkillərə baxdı, xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Prezident İlham Əliyev Horadiz şəhərindəki Heydər Əliyev parkına gələrək, ümummilli liderin abidəsi önünə gül dəstəsi qoydu.

Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev Füzuli rayonunun ərazisində təmas xəttində “N” hərbi hissəsinin əsgər və zabitləri ilə görüşdü, hərbi xidmətdə fərqlənənlərə mükafatlar təqdim etdi.

Ali baş komandan təmas xəttində Ermənistan hərbi birləşmələrinin mövqelərini müşahidə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Zobucuq adlanan ərazidə - Quruçayın üzərində, yeni çəkilmiş 15 kilometrlik yolda salınmış körpünün açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin inşa etdiyi körpünün uzunluğu 24,1 metr, eni 9 metrdir.

Prezident İlham Əliyev körpünün açılışını bildirən rəmzi qırmızı lenti kəsdi.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Dövlət Neft Fondunun vəsaiti hesabına Füzuli rayonunda məcburi köçkünlər üçün qəsəbələrin salındığı əraziyə gəldi.

Dövlətqaçqınkomun sədri Əli Həsənov yeni qəsəbə barədə Prezidentə məlumat verərək bildirdi ki, burada yaşayış üçün bütün infrastruktur yaradılmışdır. Zobucuq adlanan ərazidə beş qəsəbə salınmışdır. Hər qəsəbədə 200 ev vardır. Burada təxminən 2,25 min hektar sahə minalardan tamamilə təmizlənmişdir.

Dövlətimizin başçısı burada orta məktəb binası ilə tanış oldu, açılış mərasiminə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.

Azərbaycan Prezidenti məcburi köçkünləri yeni qəsəbələrin istifadəyə verilməsi münasibətilə təbrik edərək dedi ki, qısa müddətdə bu ərazidə minlərlə ev tikilib, minlərlə soydaşımız öz doğma torpaqlarına qayıtmışdır. Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramı çox uğurla icra edilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, növbəti beş ildə Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Biz bu məqsədə dörd il ərzində nail ola bilmişik. Artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər. Bu siyasət 2000-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış, ilk qəsəbə 2003-cü ildə Biləsuvar rayonunda salınmışdı. İndiyə qədər isə 70 mindən çox insan yeni evlərə köçürülmüşdür və bu proses davam edir. Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və hazırda uğurla davam etdirilən neft strategiyasının bəhrəsidir. Bütün bu qəsəbələr Neft Fondunun hesabına tikilmişdir.

İndiyə qədər bu məqsədlər üçün bütün mənbələrdən - dövlət büdcəsindən, Dövlət Neft Şirkətinin və Dövlət Neft Fondunun hesabından 900 milyon dollardan çox vəsait xərclənmişdir. Növbəti illərdə biz bunu daha da artıracağıq. Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir.

Prezident İlham Əliyev dedi ki, mənim göstərişimlə Horadizə qaz xətti çəkilməsinə başlanmışdır və ilin sonuna qədər qaz təchizatının bərpa olunacağı gözlənilir.

Mən əminəm ki, biz bütün rayonları işğalçılardan azad edəndən sonra hər yerdə böyük quruculuq-abadlıq işləri gedəcək, bütün infrastruktur bərpa olunacaq, evlər, məktəblər tikiləcəkdir. Bu gün Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində gedən proseslər deməyə əsas verir ki, biz buna daha da böyük miqyasda nail olacağıq. Bu gün səhər mən təmas xəttində əsgərlərlə, zabitlərlə görüşdüm. Bir daha gördüm ki, bizim ordumuz qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır və buna qadirdir. Ordu potensialımız, ildən-ilə artan hərbi xərclərimiz bizi məqsədə yaxınlaşdırır. Bu gün Azərbaycan ordusu həm peşəkarlıq, həm də ki, maddi-texniki bazası baxımından bölgədə ən güclü ordudur. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən də danışaraq vurğuladı ki, hələ ki, biz danışıqlar prosesində iştirak edirik ki, məsələnin sülh yolu ilə həllinə ümidimiz var. Ancaq hamı bilməlidir ki, danışıqlar əbədi aparıla bilməz. Münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyindən geri çəkilməyəcəkdir.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov göstərilən diqqət və qayğıya görə Prezidentə füzulililərin minnətdarlığını çatdırdı. O, son illərdə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən danışaraq dedi ki, Horadiz günü-gündən gözəlləşərək, müasir şəhər görkəmi alır, ucqar kəndləri də abadlaşır, insanların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İndiyədək 4211 ailəlik 16 qəsəbə salınmış, 9 məktəb binası və 8 tibb müəssisəsi tikilmiş, 21 məktəb binası və 11 tibb müəssisəsi bərpa olunmuşdur. İşğal dövründə dağıdılmış və yandırılmış 4 minə yaxın ev bərpa olunaraq istifadəyə verilmişdir. Azərbaycan Prezidentinin ötən ilin sonunda imzaladığı Sərəncama əsasən, Füzuli rayonu ərazisinə təbii qazın verilməsi, yeni içməli su xəttinin çəkilməsi, 1500 evin bərpa edilməsi, orta ixtisas məktəbinin açılması, 30 ədəd subartezian quyusunun qazılması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində bir çox tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə 5250 ailəyə torpaq payı verilmiş, 300-dən artıq kəndli-fermer təsərrüfatı yaradılmışdır. Üzümçülüyün inkişafı üçün 12500 hektara yaxın sahə ayrılmışdır. Bu, yaxın üç ildə həmin ərazidə 20 min nəfərə qədər adamın daimi iş yeri ilə təmin olunmasına imkan yaradacaqdır.

İcra hakimiyyətinin başçısı bildirdi ki, hazırda rayonun işğaldan azad olunmuş ərazisində 65 min nəfərə qədər əhali yaşayır. İlin sonuna qədər onların sayı 70 min nəfərdən çox olacaqdır. Bu, rayonun ümumi əhalisinin 65 faizinə bərabərdir.

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Füzuli rayonunda Tibb mərkəzinin və su elektrik stansiyasının təməlqoyma mərasimlərində iştirak etdi.

Dövlətimizin başçısı Füzuli rayonuna səfərinin sonunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olmuş qəhrəman oğulların xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, gül dəstəsi qoydu.

Prezident İlham Əliyev aprelin 18-də Füzuli rayonuna səfərini başa çatdırıb Beyləqana gəldi. Dövlətimizin başçısı Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül qoydu, Beyləqan rayonuna təbii qaz verilməsi münasibətilə keçirilən mərasimdə nitq söylədi, Heydər Əliyev muzeyinin açılışında iştirak etdi.

Daha sonra Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binada mənzil verilənlərə orderləri təqdim etdi, “CTS Aqro” MMC-nin pambıq emalı zavodu ilə tanış oldu.

Həmin gün Biləsuvar rayonuna gələn Azərbaycan Prezidenti Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki Heydər Əliyev parkında, İskəndər Talıbov adına orta məktəbdə oldu.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də axşam Bakıya qayıtdı.

 
######
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb