AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 23-də İsveçrəyə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.