AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İTALİYANIN “EDİSON” ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Romada onun üçün ayrılmış iqamətgahda - “Vestin Excelsior” mehmanxanasında İtaliyanın “Edison” şirkətinin icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə “Edison” şirkəti arasında enerji sahəsində əməkdaşlığın perspektivi ilə bağlı məsələlər müzakirə edildi.
######
