AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONOV İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Məkkə şəhərində, İKT-nin üçüncü fövqəladə zirvə toplantısı çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmonov ilə görüşmüşdür.
Görüş zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret layihələr üzərində iş aparılmasının vacibliyi vurğulandı. Hər iki ölkənin regionda daha geniş bazarlara çıxmaq üçün böyük potensiala malik olduğu bildirildi.
Dövlət başçıları qarşılıqlı maraq doğuran bir sıra məsələlərə də toxundular.
Tacikistan Prezidenti Emoməli Rəhmonov Azərbaycan Prezidenti İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi.