AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ YUNANISTAN PREZİDENTİ KAROLOS PAPULYASIN GÖRÜŞÜ
Afina, 16 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu səfərin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı.
İki ölkə arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirən dövlət başçıları ikitərəfli, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.
######
