AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNTÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ BÜLƏND ARINÇİLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslam Konfransı Təşkilatının üçüncü fövqəladə zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Məkkədə Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Bülənd Arınç ilə görüşmüşdür.
Görüşdə iki dost və qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğu vurğulandı, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyi bildirildi.
Söhbət zamanı Türkiyənin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dəstəklədiyi bir daha vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin bu sahədə dəyişməz mövqeyinə görə təşəkkürünü bildirdi.