Azərbaycan qılıncoynadanı Maqsud Hüseynli dünya birinciliyinin finalçısına uduzub
Bakı, 4 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ilk yarış günündə qılıncoynatmanın sablya növündə gənc oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Oğlanların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Maqsud Hüseynli pley-offda keçirdiyi ilk görüşdə braziliyalı Fernando Façini (15:11), ardınca Qazaxıstan təmsilçisi Bexultan Abzhala (15:12) qalib gələrək ən yaxşı 32 gənc idmançı sırasına yüksəlib. Hüseynli ilk 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalınadək irəliləyən Pietro Torreyə 6:15 hesabı ilə uduzub.
Qrup mərhələsini adlaya bilməyən Murad Əkbərov və Saleh Məmmədov isə mübarizəni erkən başa vurublar.
Gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Sofiya Mamina pley-offa yüksəlsə də, 64-lüyə yüksəlmək üçün keçirilən görüşdə yunan Aleksandra Papapetropoulouya 13:15 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]