Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qlobal logistika sistemində strateji mövqeyini möhkəmləndirir – TƏHLİL

Azərbaycan qlobal logistika sistemində strateji mövqeyini möhkəmləndirir – TƏHLİL

Bakı, 10 aprel, AZƏRTAC

Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə mövcud gərginlik fonunda qlobal logistika xəritəsi sürətlə dəyişir, ənənəvi marşrutların məhdudlaşması isə yeni və daha təhlükəsiz alternativlərə tələbatı artırır. Bu şəraitdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz qısa müddətdə diqqət mərkəzinə düşərək Avropa ilə Asiya arasında strateji əlaqələndirici xəttə çevrilməkdədir. Azərbaycanın bu marşrutda mərkəzi rol oynaması isə onu təkcə tranzit ölkə deyil, həm də regional sabitlik və əməkdaşlıq üçün açar aktora çevirir. Mövcud geosiyasi və geoiqtisadi reallıqlar fonunda ölkənin həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində balanslı siyasəti, yeni iqtisadi imkanlarla yanaşı, qlobal tərəfdaşlıq perspektivlərini də genişləndirir. Bu proseslərin fonunda Orta Dəhlizin davamlılığı, quru marşrutlarının üstünlükləri və Azərbaycanın artan strateji rolu xüsusi aktuallıq kəsb edir.

ABŞ-də fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri AZƏRTAC-a açıqlamasında bildirib ki, geosiyasi gərginliklər fonunda Orta Dəhlizin sürətlə ön plana çıxması Azərbaycanın həm siyasi, həm də iqtisadi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

“Bu marşrut üzrə yük daşımaları son illərdə kəskin artıb. Yüklərin həcmi 2021-ci ildə təxminən 840 min ton olduğu halda, 2024-cü ildə bu göstərici 4,5 milyon tona çatıb. Eyni zamanda, konteyner daşımalarında da son illərdə təxminən 260 faiz artım qeydə alınıb və bu artım 2025-ci ildə də davam edir”, – deyə o qeyd edib.

U.Şokri hesab edir ki, Azərbaycan bu dəhlizdə müasir infrastrukturu ilə mərkəzi rol oynayır. Bakı limanı və Bakı–Tbilisi–Qars dəmir yolu xətti ölkənin Avropa, Mərkəzi Asiya və Çin arasında etibarlı logistika körpüsü kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu isə həm tranzit gəlirlərini artırır, həm də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir.

Onun fikrincə, Azərbaycanın artan rolu onun strateji əhəmiyyətini də yüksəldib: “Avropa İttifaqı, Türkiyə, Qazaxıstan və Çin kimi tərəfdaşlarla əməkdaşlıq genişlənir. Azərbaycan Avrasiya ticarətində neytral və etibarlı əlaqələndirici kimi çıxış edir. Lakin bu mövqenin uzunmüddətli olması üçün infrastruktur yatırımları davam etməli, liman imkanları kimi bəzi məhdudiyyətlər aradan qaldırılmalı və regionda sabitlik qorunmalıdır. Hazırda artım yüksək olsa da, bu dəhliz hələ də ənənəvi marşrutlarla müqayisədə daha az yük daşıyır və onun davamlı uğuru beynəlxalq əməkdaşlıqdan asılıdır”.

U.Şokri qeyd edib ki, Yaxın Şərqdə baş verən gərginliklər fonunda dəniz marşrutlarının riskləri artdıqca, Azərbaycan üzərindən keçən quru dəhlizlərinin üstünlükləri daha aydın görünür. Dəniz yolları münaqişə, piratçılıq və strateji boğazlarda yaranan problemlər səbəbindən risk altındadır, bu da daşınma müddətini uzadır və xərcləri artırır.

“Quru marşrutları isə daha sürətlidir və adətən 10–18 gün çəkir, halbuki dəniz yolu ilə bu müddət 45–60 günə qədər uzana bilər. Quru marşrutları daha sabit və proqnozlaşdırılabilən logistika imkanı yaradır. Baxmayaraq ki, dəmir yolu və Xəzər dənizi üzərindən multimodal daşımalar bəzən hava şəraiti kimi amillərdən təsirlənə bilər, ümumilikdə bu marşrut yüksəkdəyərli və vaxt baxımından həssas yüklər üçün daha etibarlı seçimdir. Ekoloji baxımdan bu marşrutların üstünlükləri var. Dəmir yolu daşımaları uzunməsafəli dəniz nəqliyyatı ilə müqayisədə daha az emissiya yaradır və yanacaq, sığorta xərclərində dəyişkənliyə daha az məruz qalır. Bu isə şirkətlər üçün daha dayanıqlı və ekoloji baxımdan məsuliyyətli təchizat zəncirləri qurmağa imkan verir”.

Ekspert qeyd edib ki, Azərbaycanın Şərq–Qərb Orta Dəhlizi ilə Şimal–Cənub nəqliyyat şəbəkəsinin kəsişməsində yerləşməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Müxtəlif regionlardan tərəfdaşları bir araya gətirməklə Azərbaycan əvvəllər ayrı olan iqtisadi məkanlar arasında körpü rolunu oynaya və şaxələndirilmiş təchizat zəncirlərini dəstəkləyə bilər.

AZƏRTAC-a danışan türk siyasi şərhçi Umur Tuqay Yücel də bu fikirdədir ki, Yaxın Şərqdə artan risklər dəniz daşımalarını çətinləşdirdiyi halda, Trans-Xəzər marşrutu çərçivəsində Azərbaycan üzərindən keçən quru yolları bir sıra üstünlüklər təqdim edir.

“Bu marşrutlar münaqişə zonalarından və dar boğazlardan uzaq olduğu üçün daha təhlükəsiz və proqnozlaşdırılabiləndir. Eyni zamanda, dəmir yolu və quru nəqliyyatına əsaslandığı üçün daşınma müddətləri daha sabitdir. Dəniz daşımalarında rast gəlinən gecikmələr, sığorta xərcləri və marşrut dəyişiklikləri bu dəhlizdə daha az müşahidə olunur. Azərbaycanın son illərdə liman, dəmir yolu və logistika infrastrukturlarına yatırdığı sərmayələr bu marşrutun dayanıqlılığını və fasiləsiz fəaliyyətini daha da gücləndirir. Azərbaycan həm Orta Dəhliz, həm də Şimal–Cənub xəttinin kəsişməsində yerləşərək artıq sadəcə logistika körpüsü deyil, çoxşaxəli regional mərkəzə çevrilir”, – deyə ekspert əlavə edib.

Beləliklə, mövcud reallıqlar göstərir ki, Orta Dəhlizin sürətlə ön plana çıxması təsadüfi deyil, qlobal geosiyasi dəyişikliklərin məntiqi nəticəsidir və bu proses Azərbaycanın rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldir. Quru marşrutlarının aktuallaşması, alternativ nəqliyyat xətlərinə artan tələbat və çoxşaxəli əməkdaşlıq imkanları fonunda Azərbaycan artıq sadəcə tranzit ölkə deyil, regionlararası əlaqələri formalaşdıran strateji mərkəzə çevrilir. Bununla belə, bu mövqenin davamlılığı infrastrukturun inkişafı, koordinasiyanın gücləndirilməsi və balanslı xarici siyasətin qorunmasından birbaşa asılı olaraq qalır.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib