Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qurduğu infrastrukturla gələcəyə hazırdır

Bakı, 22 dekabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayan nəqliyyat-tranzit sahəsi iqtisadi perspektivə malik olmaqla yanaşı ölkəmizə siyasi dəstək və nüfuz qazandırır. Azərbaycanın coğrafi mövqeyi onun strateji tranzit imkanlarını artırır və əlverişli edir. Qərblə Şərqin kəsişməsində yerləşən ölkəmiz qədim zamanlardan “İpək yolu” adlanan marşrutun keçdiyi məkan olub.

Müasir dövrümüzdə karvansaray və bazar meydanlarını infrastruktur layihələr və azad iqtisadi zonalar əvəz edib. Belə infrastrukturlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

1902-ci ildə təsis edilən liman bu gün inkişaf dövrünü yaşayır. Liman ərazisinə daxil olarkən səliqə-sahman, təmizlik diqqət cəlb edir. Tranzit yüklərin (konteynerlərin) bir, TIR yük avtomobillərin isə digər tərəfdə səliqə ilə düzülüşü burada beynəlxalq standartların hakim olduğunu deməyə əsas verir. Son illər limanın maddi-texniki bazası gücləndirilib, lazım olan avadanlıqlar və texnikalar alınıb. Buradakı müasir texnikalardan biri lokomobildir.

Bu texniki vasitə həm dəmir yolu relsinin üzərində, həm də avtomobil yolunda hərəkət edərək konteynerlərin yüklənməsində istifadə olunur. Limanda taxıl anbarı, TIR parkı, gübrə terminalı fəaliyyət göstərir və tranzit yüklərin aşırılmasında mühüm rol oynayırlar.

Zamanın tələblərindən biri də rəqəmsal sistemin qurulması və tətbiqidir. Liman öz elektron sistemini Dövlət Gömrük Komitəsinin və xarici ölkə strukturlarının elektron sisteminə inteqrasiya edib. Sistem inteqrasiyası gömrük xidmətlərinə müvafiq nəqliyyat gəlməzdən öncə daşınan yüklər barədə məlumat almağa imkan verir. Rəqəmsallaşma sahəsində Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi ilə yüklərin daşınması çərçivəsində ATƏT-lə birgə məlumatların ötürülməsi üzrə vahid sistem yaradır. Bakı limanı ilə Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları arasında yüklər barədə məlumatların mübadiləsi və idarəetmə sistemi hazırlanıb. Bu cür layihələrin reallaşdırılması həm gömrük məntəqələrində, həm də limanlarda dayanma vaxtını azaldır.

Avropa ilə Asiyanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan Bakı Limanı 400 hektarlıq ərazini əhatə etməklə müasir əməliyyat sisteminin tətbiqi ilə bütün növ yüklər üçün operativ yükaşırma xidməti, açıq və qapalı anbar sahələri təklif edir. Paytaxt Bakıdan 70 kilometr aralıda Azərbaycanın əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən limanda Ro-Ro, Bərə və ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur.  2018-ci ildən etibarən Bakı Limanının inşasının 1-ci inkişaf mərhələsi başa çatdırılıb ki, hazırda limanın yükaşırma imkanı 15 milyon ton yük və 100 000 TEU ekvivalentində konteynerdir. Limanın 2-ci fazasının inşası üçün də layihə işlənilir ki, onun da icrası ilə limanın illik yükaşırma gücü 25 milyon ton və 500 000 TEU konteynerə qədər artırıla bilər.

Bundan başqa, Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialını mütəmadi olaraq məhz Azərbaycan üzərindən Qərb ölkələrinə daşınmasını təmin etmək üçün hazırda liman ərazisində illik yükaşırma gücü 2,5 milyon ton gübrə terminalının tikintisi davam etdirilir. Bu tikinti prosesi çərçivəsində ərazidə ümumi tutumu 60 000 ton olan iki anbar, yeni dizayn edilmiş vaqon yükləmə stansiyası, müxtəlif növ gübrələri birbaşa anbarlara, açıq və ya qapalı tipli vaqonlara boşaltmaq üçün ən müasir konveyr sisteminin də qurulması nəzərdə tutulur.

Bakı Limanı 2019-cu ildən etibarən Xəzəryanı ölkələr içində ilk dəfə olaraq Avropa Dəniz Limanları Təşkilatının “Eco Ports” (Yaşıl Liman) sertifikatına layiq görülüb. Eyni zamanda, Bakı Limanı 2022-ci ildən etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Bununla liman strateji fəaliyyət planları ilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 11-nə töhfə verməyə çalışır.

Mühüm hadisələrdən biri də 25 fevral 2025-ci il tarixində baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzaladı. Fərmana əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması formasında yenidən təşkil edilib.

Dünya yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə iqtisadiyyatın əsasını neft və qaz deyil, ticarət yolları təşkil edəcək. Yaxın gələcəkdə qitələr, dövlətlər ticarət əlaqələrini daha da genişləndirəcək, idxal-ixrac əməliyyatlarını daha da artıracaqlar. Bunun reallaşması üçün isə infrastruktur lazımdır. Azərbaycan bu infrastrukturu yaradıb və gələcəyə hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu