AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ AVSTRİYADA RƏSMİ SƏFƏRDƏ OLACAQDIR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilir ki, F.Abdullayev səfər müddətində Avstriyanın Konstitusiya Məhkəməsinin sədri Karl Korinek, Ali Məhkəmənin sədri Yoxan Reşut və baş prokuror Valter Preslauer ilə görüşlər keçirəcəkdir. Görüşlərdə Azərbaycan ilə Avstriyanın məhkəmə-hüquq qurumlarının əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq, ölkələrimizin konstitusiya nəzarəti orqanlarının vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsi sahəsində gördükləri işlərlə bağlı təcrübə mübadiləsi aparılacaqdır.
Səfərdə F.Abdullayevi Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Quliyev müşayiət edəcəkdir.