AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dövlət başçıları Azərbaycanla Gürcüstan arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafından razılıq hissi ifadə etmişlər.
Prezident Mixail Saakaşvili son zamanlar Azərbaycanda gedən proseslərlə maraqlanmışdır. Dövlətimizin başçısı bununla əlaqədar Azərbaycanda demokratiyanın daha da inkişaf etdirilməsi, dövlətçiliyimizə qarşı yönəldilmiş qeyri-qanuni, cinayət əməllərinin qarşısının qətiyyətlə alınması istiqamətində həyata keçirilmiş tədbirlərdən söhbət açmış, korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə ciddi addımların atıldığını bildirmişdir.
Söhbət zamanı bu yaxınlarda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Gürcüstan hissəsinin istifadəyə verilməsi ilə bağlı keçirilmiş mərasimin böyük əhəmiyyət daşıdığı qeyd olunmuşdur.
Prezidentlər Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulamışlar.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.