AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident Əliyev,
Bakıya səfərim zamanı Sizinlə görüşmək şərəf və imtiyazını mənə bəxş etdiyiniz üçün dərin minnətdarlığımı bildirmək istərdim.
Nazir Əli Abbasovun dəvəti ilə “BakuTel-2008” sərgisində iştirak etmək, Azərbaycan alimləri və Berkli şəhərindəki Kaliforniya Universiteti nəzdindəki BİSC (Berkli Proqramlaşdırma Təşəbbüsü) Qrupu alimləri arasında yaxın əməkdaşlığın təməlini qoymaq üçün Berklidən Bakıya gəldim.
Bakı doğulduğum və ürəyimdə olduqca xoş izlər qoymuş yerdir. Səfərim zamanı mən şagirdi olduğum 16 nömrəli orta məktəbə də baş çəkdim. Məktəbdə məni böyük səmimiyyət, qonaqpərvərlik və alicənablıqla qarşıladılar.
Mən Fəxri xiyabanı ziyarət etdim və atanıza, Azərbaycanın böyük liderinə ehtiramımı bildirdim.
Bakı gözəl şəhərdir. İnkişaf əlamətləri hər yerdə nəzərə çarpır. Mədəniyyət, elm və təhsilə göstərilən böyük hörmət məndə olduqca xoş təəssürat yaratdı. Xüsusən Bakını regional kommunikasiya və informasiya texnologiyaları mərkəzinə, Azərbaycanı isə infosentrik cəmiyyətə keçiddə liderə çevirmək üçün nazir Əli Abbasovun rəhbərliyi altında keçirilən tədbirlər məni çox sevindirdi. Bakıya səfərim hər barədə unudulmaz idi.
Sizin şəxsiyyətiniz məndə hər cəhətdən dərin təəssürat oyatdı. Siz dərin qlobal böhranlar dövründə müdriklik, uzaqgörənlik və hərtərəfli maraqlarınız sayəsində Azərbaycanı irəliyə aparırsınız. Sizin kimi Prezidenti olduğuna görə Azərbaycanın bəxti gətirmişdir.
Böyük iftixar və dərin ehtiramla,
Ə.Lütfi Zadə
BİSC (Berkli Proqramlaşdırma Təşəbbüsü)
Qrupunun direktoru və Kaliforniya Universitetinin
professoru
21 noyabr 2008-ci il.