AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ KIRIKQALA UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
Türkiyənin müdafiə sənayesi mərkəzi kimi tanınan Kırıkqala şəhərində yerləşən bu təhsil ocağının rektoru Təhsin Nuri Durlunun səfirliyə göndərdiyi məktubda deyilir ki, universitetin senatının yekdilliklə qəbul etdiyi həmin qərara əsasən Prezident İlham Əliyev görkəmli siyasi xadim və dövlət xadimi kimi, müstəqil Azərbaycanın inkişafına, dünya siyasətindəki və türk dünyası qarşısındakı böyük xidmətlərinə, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, bölgədə sülhün və sabitliyin bərqərar olmasına verdiyi töhfələrə görə beynəlxalq əlaqələr sahəsində fəxri doktor adına layiq görülmüşdür.