AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı bildirirəm.
Azərbaycan tarixində bütöv bir epoxa, onun müstəqil, suveren dövlət kimi təşəkkül tapması Heydər Əlirza oğlunun adı ilə bağlıdır. Öz ölkəsinin və xalqının rifahı və tərəqqisini həyatının məqsədi hesab edən bu müdrik siyasətçinin unudulmaz surəti xatirimizdə əbədi qalacaqdır.
Heydər Əlirza oğlu Ukraynanın səmimi dostu idi, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı üçün çox iş görmüşdür. Onun vəfatı xəbəri həmvətənlərimin qəlbini ağrıtmışdır. Bütün Azərbaycan xalqı ilə birgə əvəzsiz itkidən kədər hissi keçirir, mərhumun doğmalarına və əzizlərinə səmimi qəlbdən başsağlığı veririk.
Viktor Yuşenko,
“Naşa Ukraina” fraksiyasının lideri,
Ukraynanın xalq deputatı.
Kiyev, 15 dekabr 2003-cü il.