AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Azərbaycan xalqının Böyük oğlu, məşhur beynəlxalq siyasi xadim Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dövlətiniz üçün bu hüznlü günlərdə səmimi başsağlığımı qəbul edin.
Bu müdrik, dünyada nüfuzlu insan haqqında xoş xatirələr respublikanızın hər bir vətəndaşının və onu tanıyanların, onunla şəxsən tanış olanların qəlbində həmişə yaşayacaqdır.
A.Raxanski
Avropa Şurası Parlament Assambleyasının
üzvü, Ukrayna Ali Radasının Azərbaycan
Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun rəhbəri, Ukraynanın
xalq deputatı.