AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlunun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Mən onu şəxsən tanıyırdım və təkcə öz ölkəsi üçün deyil, həm də Müstəqil Dövlətlər Birliyinin bərpası və inkişafı, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox iş görmüş görkəmli dövlət xadimi kimi yüksək qiymətləndirirdim. Heydər Əlirza oğlu, həqiqətən, müdrik və uzaqgörən rəhbər idi. O, böyük siyasi təcrübəyə malik olmaqla bərabər, müasir gerçəklikləri yaxşı hiss edir və ən çətin vəziyyətlərdən çıxmağı bacarırdı. O, sovet epoxasının bütün MDB ölkələrində böyük nüfuza və hörmətə malik çox az liderlərindən biri idi. Bu gözəl insanın, öz vətəninin şanlı oğlunun nurlu xatirəsi həmişəlik yaddaşımda qalacaqdır.
Artur Çilingərov,
RF Federal Məclisi Dövlət duması
sədrinin müavini.
Moskva, 15 dekabr 2003-cü il.