AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı, Sizin üçün, yaxınlarınız üçün xüsusilə çox ağır itki ilə əlaqədar səmimi qəlbdən və dərin hüznlə başsağlığı verirəm. Bu nüfuzlu, müdrik siyasətçinin xatirəsi təkcə Azərbaycan xalqının deyil, həm də digər Qafqaz respublikalarının vətəndaşlarının qəlbində uzun illər yaşayacaqdır. Sizinlə birgə dərin kədər hissi keçirirəm.
Hörmətlə,
B.İ.Kodzoyev,
Rusiya Dövlət Dumasının deputatı.
Moskva, 15 dekabr 2003-cü il.