AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın görkəmli lideri və atanız Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar ən səmimi başsağlığımı qəbul edin. Azərbaycanın müasir tarixi, ölkədə aparılan siyasi və iqtisadi dəyişikliklər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Onun siyasi müdrikliyi, iradəsi, uzaqgörənliyi və vətəninə hədsiz sədaqəti insanların xoş xatirəsində əbədi qalacaqdır.
Sizinlə birlikdə kədərlənirik. Bu ağır günlərdə dərdinizə şərik olur və təsəlli sözlərimi qəbul etməyinizi xahiş edirəm. Sizə səbr və mətanət arzulayıram.
Eduard Rossel,
Sverdlovsk vilayətinin qubernatoru.
Yekaterinburq, 15 dekabr 2003-cü il.