AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dünya miqyaslı görkəmli siyasətçi, aqil və nəcib insan, müdrik ata və sadiq yoldaş, şəxsən çox yaxşı tanıdığım və həmişə böyük hörmət və rəğbət bəslədiyim Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar bütün Rusiya kinematoqrafçılarının və şəxsən mənim dərin hüznlə başsağlığımı qəbul edin.
Heydər Əliyevin vəfatı ilə, onun epoxası xoşbəxtlikdən bitməmişdir, çünki əminəm, Siz, hörmətli İlham Heydər oğlu - onun oğlu, dostu və varisi bu vəzifədə Azərbaycanın bütün sahələrdə yüksəlişi üçün Prezident Heydər Əliyevin başladığı işi davam etdirəcəksiniz.
Sizi dostcasına bağrıma basıram.
Nikita Mixalkov,
Rusiya Federasiyası Kinematoqrafçılar
İttifaqının sədri.
Moskva, 15 dekabr 2003-cü il.