AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Müxtəlif millətlərdən olan ən istedadlı gözəllik yaradanları birləşdirən Akademiyamızın sənətkarları Azərbaycanın, digər MDB ölkələrinin mədəniyyətinin inkişafı işinə misilsiz köməyinə və qayğısına görə, eləcə də yaradıcılıq niyyətlərinin həyata keçirilməsində bir çox rəssamlara şəxsən kömək etdiyinə görə Heydər Əliyevə hədsiz minnətdarlıq hissini həmişə qoruyub saxlayacaqlar.
Bu matəm günlərində yenə də əmin olmalıyıq ki, Heydər Əlirza oğlu Əliyevin xeyirxah işləri və təşəbbüsləri bizim birgə səylərimizlə layiqli davamını tapacaqdır.
Səmimiyyətlə, Sizin,
Zurab Sereteli,
Rusiya Rəssamlıq Akademiyasının prezidenti.
Moskva, 15 dekabr 2003-cü il.