AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, dahi insan, müdrik və uzaqgörən siyasətçi, bütün ömrünü öz ölkəsinin inkişafına və tərəqqisinə həsr etmiş Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar Sizə və xalqınıza üz vermiş ağır itkinin ürəyimdə doğurduğu ağrı ilə dərin hüznlə başsağlığımı bildirim.
Heydər Əliyevin gənc dövləti istiqamətləndirdiyi və müstəqil Azərbaycanın yeni demokratik inkişafına əsaslanan qətiyyətli dəyişikliklər öz xalqının böyük oğlu kimi ona abidə olacaqdır.
Kədərli və əvəzsiz itki ilə əlaqədar dərdinizi səmimiyyətlə bölüşdüyümə bir daha əmin ola bilərsiniz.
Anatoli Levin,
Ukraynanın xalq deputatı.
Kiyev, 13 dekabr 2003-cü il.